Kerem bu tarixdə "Fənərbağça" ilə müqavilə imzalayacaq - Bir şərtlə...

"Benfika" klubunda çıxış edən Kerem Aktürkoğlunun "Fənərbağça"ya keçəcəyi tarix açıqlandı.
Redaktor.az "Fotomaç" nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında əldə olunan razılığa əsasən, Kerem Aktürkoğlu avqust ayının 16-da "sarı-lacivərdlər"lə müqavilə imzalayacaq.
"Benfika" futbolçunun keçidinə yalnız "Fənərbağça" gələn həftə "Feyenoord" səddini keçə biləcəyi təqdirdə icazə verəcək.
Əks təqdirdə futbolçunun keçid müddəti uzana bilər.
Qeyd edək ki, "Fənərbağça" Kerem Aktürkoğlu üçün "Benfika"ya 25 milyon avro, futbolçunun özünə isə illik beş milyon avro maaş ödəyəcək.