“Qarabağ” dünya reytinqində yenə gerilədi

 12:48 10.08.2025     57

“Qarabağ” klubu dünya reytinqində daha üç pillə geriləyib.

Redaktor.az xəbər verir ki, Azərbaycan çempionu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının tərtib etdiyi cədvəldə 137,25 xalla 134-cü yerdə qərarlaşıb.

“Zirə” (84,75 xal) 42 mövqe itirərək 274-cü sıraya düşüb.

”Araz-Naxçıvan” (70.25 xal) 76 pillə irəliləyərək 363-cü, “Sabah” (86 xal) 49 sıra artıraraq 264-cü olub.

Qeyd edək ki, 501 klubun yer aldığı siyahının ilk pilləsində İspaniya təmsilçisi “Real” (520 xal) qərarlaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən