İngiltərə Superkubokunu bu klub qazandı

 22:20 10.08.2025     54

“Kristal Pelas” penaltilər seriyasında “Liverpul”u məğlub edərək tarixində ilk dəfə İngiltərə Superkubokunu qazanıb.

Redaktor.az xəbər verir ki, qarşılaşma Londondakı "Uembli" stadionunda keçirilib.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. "Kristal Pelas"ın heyətində Jan-Filipp Mateta (17-ci dəqiqə, penalti), İsmayıl Sarr (77) fərqləniblər. "Liverpul"un qollarını Uqo Ekitike (4), Ceremi Frimponq (21) vurublar. Penaltilər seriyasında "Kristal Pelas" dəqiq olub - 3:2.

"Kristal Pelas" tarixində ilk dəfə İngiltərə Superkubokunu qazanıb, “Liverpul” 16 dəfə kuboka sahib olub.

Vumart və Güvən reklamı Vumart Güvən