Bolqarıstan klubu azarkeşləri üçün "Sabah"dan 400 bilet istədi

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Masazırda "Sabah"ın qonağı olacaq Bolqarıstanın "Levski" klubu azarkeşləri üçün 400 bilet istəyib.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat katibi Elnur Həmidov məlumat verib.
O, Bolqarıstan klubunun Bakıya gələcəyi tarixi də açıqlayıb:
"Levski" Bakıya avqustun 13-də, günorta saatlarında çatacaq. Həmin gün rəqib komandanın baş məşqçisinin mətbuat konfransı və ilk 15 dəqiqəsi mətbuata açıq məşqi keçiriləcək. "Levski" öz azarkeşləri üçün 400 bilet istəyib".
Qeyd edək ki, "Sabah" - "Levski" görüşü avqustun 14-də Masazırdakı “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Komandalar arasında Bolqarıstanda baş tutan ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.