UEFA Çempionlar Liqası: "Qarabağ" darmadağınla qalib gəldi - VİDEO

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparan "Qarabağ" doğma meydanda "Şkendiya"nı qəbul edirdi.
Redaktor.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə "Qarabağ" rəqib komandanı 5-1 hesabı ilə darmadağın etdi.
Ümumi hesabda 6-1 hesabı ilə qalib gələn "Qarabağ" böyük hesabla Çempionlar Liqasının pley-offa vəsiqə qazandı.
***
Leandro Andrade 58-ci dəqiqədə vurduğu qolla "Qarabağ"ı hesab arasındakı fərqi 4-ə çatdırır: 5-1
***
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparan "Qarabağ" doğma meydanda "Şkendiya"nı qəbul edir.
Redaktor.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün ilk yarısı 4-1 hesabı ilə başa çatdı.
***
Marko Yankoviç 34-cü dəqiqədə vurduğu penati ilə "Qarabağ"ı hesabda daha da irəli çıxarır: 4-1
***
Nəriman Axundzadə 32-ci dəqiqədə "Qarabağ"ın hesabını artırdı: 3-1.
***
Kadi 18-ci dəqiqədə "Qarabağ"ı hesabda önə keçirdi: 2-1.
***
Keyk 16-cı dəqiqədə avtoqol müəllifi oldu: 1-1.
***
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Şkendiya" (Şimali Makedoniya) oyununda ilk qol vurulub.
Redaktor.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qonaqlar hesabı açıblar.
***
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparan "Qarabağ" doğma meydanda "Şkendiya"nı qəbul edir.
Redaktor.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşə start verilib.