"Fənərbağça" da Çempionlar Liqasının pley-off mərhələsinə çıxdı

 23:35 12.08.2025     62

Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Bakupost.az xəbər verir ki, İstanbul təmsilçisi buna III təsnifat mərhələsinin cavab oyununda Niderlandın “Feyenoord” kollektivinə qalib gəlməklə (5:2) nail olub.

Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzan komanda növbəti raunda yüksəlib.

“Fənərbağça” pley-offda “Benfika” (Portuqaliya) - “Nitsa” (Fransa” cütünün qalibi ilə görüşəcək. Fransadakı ilk qarşılaşmada qonaqlar iki cavabsız qolla qalib gəlib.

Vumart və Güvən reklamı Vumart Güvən