Azərbaycanlı futbolçu Türkiyədə klubunu dəyişib

 12:52 15.08.2025     59

Azərbaycan millisinin futbolçusu Ayşən Əhmədova Türkiyənin "Amedspor" klubuna keçib.

Redaktor.az xəbər verir ki, bu barədə Diyarbəkir təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı müdafiəçi 2025/2026 mövsümündə bu komandada çıxış edəcək.

Qeyd edək ki, Ayşən Əhmədova daha əvvəl Türkiyədə "Ünye Gücü"nün formasını geyinib.

Vumart və Güvən reklamı Vumart Güvən