Mövsümün ilk oyunu heç-heçə ilə başladı

 20:31 15.08.2025     60

Bu gün Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünə start verilib.

Redaktor.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Şamaxıda keçirilən mövsümün açılış matçında “Karvan-Yevlax”la “Qəbələ” üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Turun qalan görüşləri avqustun 16-da, 17-də və 19-da keçiriləcək. “Sabah” – “Qarabağ” görüşü isə təxirə salınıb.

Azərbaycan Premyer Liqası

1-ci tur

15 avqust

“Karvan-Yevlax” – “Qəbələ” 1:1

Qol: Murad Musayev, 78 (avtoqol) - Domi Massumo, 54.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.

Şamaxı şəhər stadionu.

Vumart və Güvən reklamı Vumart Güvən