Sanço “Roma”ya gedir

“Mançester Yunayted” Ceydon Sançonu “Roma”ya satıb.
Redaktor.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
A seriyası təmsilçisi 25 yaşlı vinger üçün 20 milyon funt-sterlinq təklif etmişdi. “Qırmızı şeytanlar” bu təklifi müsbət cavablandırıblar. Bildirilib ki, transferin yaxında rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Sanço keçən mövsüm “Çelsi”də icarə əsasında çıxış edib.