"Söyülməyə layiqik" - Neymar

 13:42 18.08.2025     92

"Performansımızdan tamamilə məyus oldum".

Redaktor.az xəbər verir ki, bunu "Santos"un kapitanı Neymar Braziliya çempionatının 20-ci turu çərçivəsində böyük hesabla məğlub olduqları "Vasko da Qama" ilə matçdan (0:6) sonra deyib.

O, yaşananlara görə utandığını etiraf edib: "Mən utanıram. Azarkeşlərin qəzəblənməyə haqqları var. Onların bizi söyməyə, təhqir etməyə tam haqqları çatır. Biz buna layiqik. Həqiqətən çox utanıram. Həyatımda heç vaxt belə bir şey hiss etməmişəm".

Neymar göz yaşlarına hakim ola bilməməsinin də səbəbini açıqlayıb:

"Göz yaşları qəzəbdən idi. Təəssüf ki, mən hər şeyə kömək edə bilmirəm. Reallıq budur".

 

Vumart və Güvən reklamı Vumart Güvən