Klublararası dünya çempionatı iki ildən bir keçirilə bilər

 19:59 18.08.2025     57

Klublararası dünya çempionatı iki ildən bir keçirilə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, FIFA bu qərarını 2029-cu ildən başlayaraq həyata keçirməyi planlaşdırır.

Yeni formatda olan klublararası dünya çempionatı ilk dəfə 2025-ci ilin yayında ABŞ-da keçirilib. Turnirdə 32 komanda iştirak edib. Finalda İngiltərənin "Çelsi" kollektivi Fransa təmsilçisi PSJ-yə 3:0 hesabı ilə qalib gəlib.

 

Vumart və Güvən reklamı Vumart Güvən