Azərbaycanda tanınmış futbolçu klub prezidenti oldu

 22:36 18.08.2025     347

Azərbaycan I Liqasının debütantı "Şahdağ Qusar" klubunun yeni prezidenti müəyyənləşib.

Redaktora.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəni komandanın kapitanı Rahid Əmirquliyev icra edəcək.

35 yaşlı yarımmüdafiəçi həm komandanın kapitanı, həm də klubun prezidenti olacaq.

Qeyd edək ki, Rahid Əmirquliyev Azərbaycan millisinin sabiq üzvüdür. O, 2023-cü ildən "Şahdağ Qusar"da çıxış edir.

Vumart və Güvən reklamı Vumart Güvən