BU gün "Qarabağ" pley-off mərhələsində ilk oyununa ÇIXACAQ

 09:24 19.08.2025     153

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa bu gün çıxacaq.

Redaktor.az xəbər verir ki, "köhlən atlar" Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq.

Qarşılaşma "Ferentsvaroş" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da star götürəcək. Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

Vumart və Güvən reklamı Vumart Güvən