Güləşçimiz dünya çempionatının FİNALINDA

 20:55 20.08.2025     78

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

Redaktor.az xəbər verir ki, 62 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda türkiyəli Büşra Efeyə tam üstünlüklə qalib gəlib.

R.Məmmədova finalda çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək. Görüş avqustun 21-də keçiriləcək.

Qeyd edək ki, Günay Qurbanova (59 kq) isə bürünc medal uğrunda qarşılaşmada kanadalı Ella Findinqi sınağa çəkəcək.

Vumart və Güvən reklamı Vumart Güvən