"Fənərbaxça" öz meydanında heç-heçə etdi - Çempionlar Liqası

UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk matçlara yekun vurulub.
Redaktor.az xəbər verir ki, son oyun günündə dörd qarşılaşma keçirilib.
Türkiyənin "Fənərbaxça" klubu İstanbulda Portuqaliya nəhəngi "Benfika"nı qəbul edib. Görüşdə qapılara qol vurulmayıb.
Eyni hesab "Seltik" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan) matçında da qeydə alınıb. Danimarka "Kopenhagen"i İsveçrədə "Bazel"lə 1:1 hesablı heç-heçə edib, Avstriyanın "Şturm" kollektivi isə Norveçdə "Bude/Qlimt"ə 5 cavabsız qolla uduzub.