“Roma" Polşa çempionatında çıxış edən futbolçunu transfer etməyə yaxındır

 17:08 23.08.2025     111

İtaliyanın "Roma" klubu Polşa təmsilçisi "Legiya"nın müdafiəçisi Yan Siolkovskini transfer etməyə yaxındır.

Redaktor.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Canavarlar" müqavilə müddəti 2028-ci ildə başa çatacaq 20 yaşlı oyunçunu sıralarına cəlb etməkdə israrlıdır. Siolkovski özü də A Seriyasında çıxış etməyə müsbət yanaşır. Futbolçu ilə bağlanacaq sözləşmənin şərtləri razılaşdırılıb.

Qeyd edək ki, Yan Siolkovski ötən mövsüm bütün yarışlarda 28 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Vumart və Güvən reklamı Vumart Güvən