“Turan Tovuz” “Araz-Naxçıvan”a uduzdu

Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Redaktor.az xəbər verir ki, günün ikinci matçında “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1
Qonaqların heyətində 38-ci dəqiqədə Şarl Boli, 52-ci dəqiqədə Ba-Muaka Simakala fərqlənib. Tovuz klubunda isə Alexandro Serrano 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
“Araz-Naxçıvan” xallarının sayını 4-ə çatdırıb. “Turan Tovuz” isə 3 xalda qalıb.