“Qürurlu ata kimi hiss edirəm” - “Braqa”dan “Qarabağ”a təbrik

 12:36 28.08.2025     88

Portuqaliyanın “Braqa” klubu “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması ilə bağlı maraqlı təbrik ünvanlayıb. 

Redaktor.az xəbər verir ki, bu barədə klubun rəsmi “TikTok” hesabında paylaşım edilib. 

Paylaşımda məşhur filmdən ağlama səhnəsi paylaşılıb və bu sözlər yazılıb: “Qarabağ”ın UEFA Çempionlar Liqasına yüksəlməsini izləyən qürurlu ata kimi hiss edirəm”. 

Videonun açıqlama hissəsinə isə “sizin üçün xoşbəxtik, uşaqlar. Uzun bir yol qət etdik”,- sözləri əlavə olunub.

Bu da izləyicilər tərəfindən maraqla qarşılanıb. Onlar rəqibin hələ də “Qarabağ”ı unutmadığını qeyd ediblər. 

Xatırladaq ki, ötən il “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı ümumi 6:5 hesabı ilə məğlub edərək, 1/8 finala adlamışdı. 

Sözügedən paylaşımı təqdim edirik: 

 

Vumart və Güvən reklamı Vumart Güvən