“Qalatasaray”ın ÇL-dəki rəqibləri

 22:52 28.08.2025     52

Türkiyənin “Qalatasaray” klubunun da Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri müəyyənləşib.

Redaktor.az xəbər verir ki, İstanbul təmsilçisi ÇL-də “Liverpul”, “Mançester Siti”, “Atletiko” (Madrid) kimi güclü klublarla qarşılaşacaq.

Bundan başqa, “Ayntraxt”, “Bodo Qlimt”, “Ayaks”, “Yunion” və “Monako” da “Qalatasaray”ın rəqibləri sırasındadır.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilk tur oyunları sentyabrın 16-18-də keçiriləcək. Pley-off mərhələsi fevralın 17-18-də, final isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə oynanılacaq.

Vumart və Güvən reklamı Vumart Güvən