"Liverpul" "Arsenal"a qalib gəldi

 23:36 31.08.2025     373

İngiltərə Premyer Liqasında III turun mərkəzi oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, son çempion "Liverpul" doğma meydanda "Arsenal"ı qəbul edib. Görüş Mersisayd təmsilçisinin 1:0 qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 83-cü dəqiqədə Dominik Soboslay vurub. Hazırda Arne Slotun komandası 9 xalla turnir cədvəlinin vahid lideridir. London klubu 6 xalla üçüncü pillədə qərarlaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən