“Liverpul”un futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

 21:35 04.09.2025     375

“Liverpul”un yarımmüdafiəçisi Federiko Kyeza UEFA Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsinə daxil edilməyib.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, İtaliya millisinin üzvünün kənarda qalmasının səbəbi UEFA-nın legioner limitidir.Qaydalara görə, “Liverpul” klub akademiyasından olmayan maksimum 17 futbolçunu siyahıya sala bilər. Kyezanın əvəzinə 17 yaşlı ingiltərəli hücumçu Rio Nqumoha siyahııya daxil edilib.

Qeyd edək ki, “Liverpul” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən biridir. Komandalar bu mərhələnin son oyununda, yanvarın 28-də Liverpulda üz-üzə gələcək.

Vumart və Güvən reklamı Vumart Güvən