Azərbaycanlı hakim Litva – Niderland oyununu idarə EDƏCƏK

 12:50 05.09.2025     478

Azərbaycanın FIFA referisi Elçin Məsiyev təyinat alıb.

Redaktor.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benoi Millo və Metyu Vernis olacaq.

Qeyd edək ki, G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən "Daryus və Qirena" stadionunda keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən