Lamin Yamal pasportunu itirdiyi üçün Türkiyəni tərk edə bilmir

 11:35 08.09.2025     302

"Barselona"nın futbolçusu Lamin Yamal pasportunu itirdiyi üçün Türkiyəni tərk edə bilmir.

Redaktor.az xəbər verir ki, bu barədə "Beyaz Futbol" məlumat yayıb.

Bildirilib ki, futbolçu Türkiyə yığması ilə keçirilən oyundan sonra pasportunu itib.

Matçdan sonra Yamal soyunub-geyinmə otağı da daxil olmaqla, sənədini tapmaq üçün uzun müddət axtarış aparsa da nəticə əldə edə bilməyib. Onun Türkiyə sərhədini necə keçərək İspaniyaya qayıdacağı hələlik məlum deyil.

Qeyd edək ki, ötən gün İspaniya və Türkiyə milli komandaları arasında keçirilən oyun 6:0 hesabı ilə İspaniyanın qələbəsi ilə başa çatıb.

Vumart və Güvən reklamı Vumart Güvən