"Benfika" - "Qarabağ" oyununun hakimləri KİMLƏRDİR?

 10:25 11.09.2025     263

UEFA Gənclər Liqasının əsas mərhələsində "Qarabağ"ın U-19 komandasının Portuqaliyada "Benfika"ya qarşı keçirəcəyi oyunun təyinatları bəlli olub.

Redaktor.az xəbər verir ki, qarşılaşmanı Şimali İrlandiyadan olan Ceymi Robinson idarə edəcək

FIFA referisinə Adam Ceffri və Brayan Uilson kömək göstərəcək. Dördüncü hakim funksiyasını portuqaliyalı Dioqu Roza yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 16-da təşkil olunacaq "Benfika" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Vumart və Güvən reklamı Vumart Güvən