"Palermo" klubunun sabiq prezidenti evində ölü TAPILDI

 13:39 11.09.2025     270

İtaliya futbolunun tanınmış klublarından "Palermo"nun keçmiş prezidenti Paul Baccalini Milanda yerləşən evində ölü tapılıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı Baccalininin cansız bədənini həyat yoldaşı aşkarlayıb.

Baccalini 2017-ci ildə qısa müddət "Palermo" klubuna rəhbərlik edib. Həmin vaxt o, bir investisiya fondu ilə birlikdə klubun əksər səhmlərini almağa çalışsa da, bu təşəbbüs baş tutmamışdı.

Vumart və Güvən reklamı Vumart Güvən