"Zirə" yeni transferini AÇIQLADI

 13:43 11.09.2025     275

"Zirə" yeni futbolçu ilə anlaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Komanda Enrike Kustodionu heyətinə qatıb. Braziliyalı futbolçu ilə "1+1" illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 30 yaşlı cinah müdafiəçisi daha əvvəl ölkəsinin "Kuritiba", "Nautiko", "Parana", Portuqaliyanın "Portimonense", "Farense", B-SAD, "Leyşonyş" klublarında çıxış edib.

Vumart və Güvən reklamı Vumart Güvən