"Qarabağ" Aleksey İsayevlə yollarını ayırdı

 14:42 11.09.2025     305

"Qarabağ"da daha bir ayrılıq baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, klub Aleksey İsayevlə yollarını ayırıb.

Futbolçu karyerasını elə Azərbaycanda davam etdirəcək.

O, sabiq komandası "Sabah"a transfer olunub. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, İsayev 2024-cü ilin sentyabrından "Qarabağ"da çıxış edir. O, 2020-24-cü illərdə "Sabah"ın şərəfini qoruyub.

Vumart və Güvən reklamı Vumart Güvən