Millimizin futbolçuları heç-heçəyə görə mükafat aldı - RƏSMİ AÇIQLAMA

 15:24 11.09.2025     428

Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə 1:1-lik heç-heçə etdiyi matça görə mükafat alıb.

Redaktor.az xəbər verir ki, bunu “Qafqazinfo”ya AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov açıqlayıb. 

O bildirib ki, komanda 1 xal qazandığı matça görə mükafat alıb: “Amma rəqəmi açıqlaya bilmərik”. 

Qeyd edək ki, social şəbəkələrdə və mediada milli komandanın Ukrayna ilə 1:-1-lik heç-heçə etdiyi matça görə mükafatlar aldığı barədə məlumatlar yayılıb. Bu məlumatlarda AFFA-nın hər futbolçuya 10-25 min manat arası mükafat verildiyi yazılıb. 

AFFA isə bu xəbərlərə münasibət bildirməyib. 

Vumart və Güvən reklamı Vumart Güvən