"Sabah" "Qarabağ"ın futbolçusunu transfer ETDİ

 20:59 11.09.2025     556

"Qarabağ" futbolçusu Aleksey İsayevin transferi məsələsində Premyer Liqa təmsilçisi "Sabah"la razılığa gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

2024-cü ilin yanvarından "Qarabağ"da çıxış edən Aleksey "köhlən atlar"da iki dəfə Azərbaycan çempionu, bir dəfə ölkə kubokunun qalibi olub. 

Vumart və Güvən reklamı Vumart Güvən