"Traktor" ilk oyunda böyük hesabla qalib gəldi

 05:15 13.09.2025     391

Bonyan Dizel Stadionunda keçirilən oyunda “Traktor” “Alüminium Arak”ı 4:1 hesabı ilə məğlub edib.

Redaktor.az xəbər verir ki, Təbrizin “Traktor” klubu İran çempionatının ilk turunda doğma azarkeşləri önündə inamlı qələbə əldə edib.

Matçda xorvatiyalı hücumçu Domaqoy Drojdek het-trik edərək görüşün ən yaddaqalan futbolçusu olub. Komandanın yeni oyunçusu Reqqi Luşka isə “Traktor”un heyətində ilk qolunu vurub.

Qələbə sayəsində Təbriz təmsilçisi mövsümə uğurlu start verib.

Vumart və Güvən reklamı Vumart Güvən