Könül Mehdiyeva UEFA-dan növbəti dəfə təyinat aldı

 19:19 14.09.2025     282

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti dəfə təyinat alıb.

Redaktor.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq

Sentyabrın 17-də Münxen şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Vumart və Güvən reklamı Vumart Güvən