"Qarabağ" Vətənə qayıtdı

 10:00 17.09.2025     261

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı məğlub edən "Qarabağ" komandası Vətənə qayıdıb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan çempionunu Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər qarşılayıblar. 

Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə üstələyib. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.

Vumart və Güvən reklamı Vumart Güvən