Azərbaycan idmançısı erməni güləşçi Artur Aleksanyanı məğlub etdi

 18:14 19.09.2025     223

Zaqrebdə keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycan idmançısı Murad Əhmədiyev tarixi uğura imza atıb.

Redaktor.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Əhmədiyev əvvəlcə italiyalı Nikoloz Kaxelaşvilini (4:1), ardınca qırğızıstanlı Uzur Cuzupbekovu (5:1) məğlub edib.

O, 1/4 finalda dünya və Avropa çempionu olan ermənistanlı Artur Aleksanyana 3:3 hesablı bitən görüşdə sonuncu xal üstünlüyü ilə qalib gəlməyi bacarıb.

 

Vumart və Güvən reklamı Vumart Güvən