"Qızıl Top" sıralaması başlayır - YENİLƏNİB

 13:01 22.09.2025     314

Avropada ötən 2024/25 mövsümü üzrə ən yaxşıya veriləcək olan "Qızıl Top" mükafatının qalibi bu gecə bəlli olacaq. 

Redaktor.az xəbər verir ki, mərasim 22:00-da başlayacaq. Mükafat üçün 30 namizəd var. Bununla yanaşı, digər mükafatlar da veriləcək.

"Qızıl Top" sıralaması: 

  • 30 – Maykl Olise
    29 – Florian Virtz
    28 – Vircil van Deyk
    27 – Deklan Rays
    26 – Erlinq Haaland
    25 – Denzel Dumfris
    24 – Fabian Ruis
    23 – Cud Bellinqem
    22 – Aleksis Makallister
    21 – Serhou Girassi
    20 – Lautaro Martinez
    19 – Joao Neves
    18 – Skott MakTominay
    17 – Robert Levandovski
    16 – Vinisius Junior
    15 – Viktor Gyökeres
    14 – Dezire Due
    13 – Harri Keyn
    12 – Xviça Kvaratsxeliya
    11 – Pedri

***

“Qızıl top” (Ballon d’OR) mükafatı bu gün sahibini tapacaq.

Redaktor.az xəbər verir ki, mükafatlandırma mərasimi bu gün Fransanın paytaxtı Parisdə baş tutacaq.

Qalibə mükafatı əfsanəvi futbolçu Ronaldinyo təqdim edəcək.

Müakafatın namizədləri arasında 4 futbolçunun adı daha çox ön plana çəkilir. Bunlar PSJ-dən Usman Dembele, “Liverpul”dan Məhəmməd Salah,  “Barselona”dan isə Rafinya və Lamin Yamaldır.

Vumart və Güvən reklamı Vumart Güvən