“Barselona”nın futbolçusu uzun müddət oynaya bilməyəcək

 09:30 24.09.2025     222

“Barselona”nın yarımmüdafiəçisi Qavi uzun müddətə sıradan çıxıb.

Redaktor.az xəbər verir ki, 21 yaşlı futbolçu medial menisk zədəsini aradan qaldırmaq üçün artroskopiya əməliyyatı keçirib.

Bərpa müddətinin təxminən 4-5 ay davam edəcəyi gözlənilir.

Daha əvvəl futbolçu eyni dizindən çarpaz bağların qopması səbəbindən təxminən bir il meydana çıxa bilməmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən