Karateçilərimiz Avropa çempionatında uğurla çıxış etdilər

 15:29 28.09.2025     277

Macarıstanın Debretsen şəhərində keçirilən şinkyokuşinkay üzrə Avropa çempionatında Azərbaycan yığma komandası uğurlu nəticələr əldə edib.

Redaktor.az xəbər verir ki, yarışda ölkəmizi Azərbaycan Karate Federasiyasının kontakt üslubları üzrə vitse-prezidenti Allahverdin Rüstəmovun rəhbərliyi altında milli komanda təmsil edib.

Solmaz Zeynallı (59 kq) və Səlahət Həsənov (80 kq) bürünc medal qazanıblar. Balaəmi Əhmədov (60 kq) gümüş medalla kifayətlənib.

Beynəlxalq yarışda ölkəmizi hakim qismində Allahverdi Rüstəmov və Samir Fərzəliyev də təmsil ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən