"Sabah"-"Sumqayıt" matçında stadionda işıqlar SÖNDÜ - YENİLƏNİB
"Sabah"-"Sumqayıt" matçında 16 dəqiqədən sonra stadionda işıqlar yanıb.
Redaktor.az xəbər verir ki, komandalar yenidən meydana çıxıblar.
Hakim Əliyar Ağayev matçın 29-cu dəqiqədən davam etdirilməsinə qərar verib.
***
19:45
Misli Premyer Liqasında "Sabah"-"Sumqayıt" matçında gözlənilməz hadisə baş verib.
Redaktor.az xəbər verir ki, matçın 29-cu dəqiqəsində stadionda işıqlar sönüb və oyun dayandırılıb.
Maraqlıdır ki, stadionun ətrafındakı binalarda işıqlar yanır.
Futbolçular meydanda işığın yanmasını gözləsələr də, oyunun baş hakimi Əliyar Ağayev onları paltargeyinmə otağına göndərib.
Qeyd edək ki, oyunda hesab 1:0 hesabı ilə "Sabah"ın xeyrinədir.
Hazırda 10 dəqiqədən vaxt keçməsinə baxmayaraq stadionda işıqlar yanmayıb.
Turan İSMAYIL













