"Qarabağ"- "Kopenhagen" oyunu necə nəticələnəcək? - ŞƏRH

 15:35 01.10.2025     465

Bu axşam UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda "Qarabağ"- "Kopenhagen"lə qarşıya-qarşıya gələcək.

Qeyd edək ki, ilk turda təmsilçimiz səfərdə "Benfika"nı məğlub edərək aktivinə 3 xal yazdırıb.

Bəs "Kopenhagen"lə oyundan hansı gözləntilər var?

İdman jurnalisti Ağa Dadaşzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, bugünkü qarşılaşma ağır olacaq:

"Azərbaycan stadionlarında beynəlxalq oyunlar həmişə ağır olur. "Kopenhagen"in sistemi eyni olsa da, oyun tərzi fərqlidir. Çünki ötən tur "Kopenhagen" öz doğma meydanında, Danimarkada "Bayer Leverkusen"i - Almaniya təmsilçisini qəbul etmişdi. Oyun 2-2 hesabı ilə başa çatmışdı. "Kopenhagen"in dəhşət sürətli komanda olduğunu gördük. Çox sürətli, dinamik, elastik, kompakt futbol oynamağı bacaran bir komandadır və əks-hücumlarda da olduqca təhlükəlidir".

Müsahibimiz vurğuladı ki, "Kopenhagen" hündürboylu futbolçulardan ibarət təşkil olunmuş bir komandadır:

"Bizim də Yankoviç kimi çox böyük bir itkimiz var. Buna rəğmən, Qurban müəllim ("Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov - red.) )yəqin ki, B planı hazırlayıb. Onun yerinə futbolçular yəqin təyin edib. Mən düşünürəm ki, ola bilsin, oyunda çox qol olmadı. Yəni 1:0 bizim xeyrimizə və yaxud "Kopenhagen"in xeyrinə bitə bilər. Amma mən bu oyunu bərabərlik görürəm. Düşünürəm ki, bərabərlik də olsa, bizim də xeyrimizə olacaq".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən