Azərbaycan üzgüçüsü qızıl medal qazandı - MDB Oyunları

 10:59 02.10.2025     251

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında üzgüçülük yarışları davam edir.

Redaktor.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil edilən yarışların beşinci günündə təmsilçimiz Süleyman İsmayılzadə 400 metr məsafəyə sərbəst üsulla üzmədə qızıl medal qazanıb.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Vumart və Güvən reklamı Vumart Güvən