''Bu cür qələbələrin davamını gətirməyə çalışacağıq''- Toral Bayramov

 11:04 02.10.2025     270

Ağır oyun olacağını bilirdik. Matçdan öncə də bunu demişdim. Bilirdik ki, bizi çox çətin rəqib gözləyir.

Redaktor.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Toral Bayramov Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın "Kopenhagen" komandasına 2:0 hesabı ilə qalib gəldikləri II tur oyunundan sonra UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

Yarımmüdafiəçi matçla bağlı fikirlərini bölüşüb: “Şükürlər olsun, baş məşqçimizin tapşırıqlarına əməl etdik, səbrlə gözlədik, nəticədə 2 qol vurduq. İkinci oyunda ikinci qələbə, 6 xalımız var. Çox sevincliyik. Bu cür qələbələrin davamını gətirməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində növbəti görüşünü oktyabrın 22-də İspaniyada "Atletik"ə (Bilbao) qarşı keçirəcək.

Vumart və Güvən reklamı Vumart Güvən