"Mourinyoya nə sual, nə də cavab verə bilərəm" - Qurban Qurbanov

 16:28 02.10.2025     264

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kopenhagen"lə dünənki matçdan (2:0) sonra "Benfika"nın baş məşqçisi Joze Mourinyonun son açıqlamalarında birinə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, jurnalistin "Dünən "Benfika" "Çelsi"yə uduzdu və Joze Mourinyo dedi ki, problem "Çelsi"yə uduzmaq yox, "Qarabağ"a uduzmaqdır. Ona cavab vermək istəyərdiniz?" sualı ilə bağlı Q.Qurbanov deyib:

"Yox. Mourinyoya nə sual, nə də cavab verə bilərəm. Çünki o Mourinyodur, dahi məşqçilərdən biridir".

Vumart və Güvən reklamı Vumart Güvən