Azərbaycanın voleybol yığması yarımfinala yüksəldi

 20:46 03.10.2025     252

Azərbaycanın 17 yaşadək qızlardan ibarət voleybol komandası III MDB Oyunları çərçivəsində Özbəkistanla qarşılaşıb.

Redaktor.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.

Digər görüşdə isə Rusiya Qırğızıstana 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu nəticənin ardından Azərbaycan yarımfinala yüksəlib.

Vumart və Güvən reklamı Vumart Güvən