40 yaşlı Ronaldo ilə bağlı gözlənilməz QƏRAR

 22:31 03.10.2025     384

"Ən-Nəsr" komandasının hücumçusu Kriştiano Ronaldo 2026-cı il dünya çempionatının seçmə mərhələsinin qarşıdakı oyunları üçün Portuqaliya yığmasına çağırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Portuqaliya millisinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, yığma komanda oktyabrın 11-də İrlandiya, oktyabrın 14-də isə Macarıstan milliləri ilə qarşılaşacaq.

Portuqaliya yığması iki turdan sonra 6 xalla F qrupunda liderdir. 40 yaşlı Ronaldo yığmada keçirdiyi 223 matçda 141 qol vurub və 45 məhsuldar ötürmə verib.

Vumart və Güvən reklamı Vumart Güvən