"Barselona"nın qapıçısı ingilis klublarından birinə keçə bilər

 10:18 06.10.2025     311

İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen karyerasını İngiltərədə davam etdirə bilər.

Redaktor.az "TEAMtalk"a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem" və "Nyukasl" almaniyalı qolkiperlə maraqlanır.

Premyer Liqa təmsilçiləri onu almaq şərti ilə icarəyə götürə bilər.

Kataloniya klubu da 33 yaşlı futbolçunu satmağı düşünür.

Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildən "Barselona"da çıxış edir.

Vumart və Güvən reklamı Vumart Güvən