Azərbaycanın bədii gimnastları finalda

 18:28 06.10.2025     281

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bədii gimnastika üzrə yarışlara start verilib.

Redaktor.az xəbər verir ki, Azərbaycan təmsilçiləri təsnifat mərhələsində yüksək nəticə göstərərək finala vəsiqə qazanıblar.

Azadə Atakişiyeva top və halqa, Şəms Ağahüseynova top, Nur Sadıqova halqa, qrup hərəkətləri komandası isə 5 halqa ilə hərəkətlərin icrasında həlledici mərhələdə iştirak hüququ əldə edib.

Qeyd edək ki, bədii gimnastika üzrə yarışlara oktyabrın 8-də yekun vurulacaq.

Vumart və Güvən reklamı Vumart Güvən