Zədələndiyinə görə heyətdən ÇIXARILDI

 20:42 06.10.2025     238

“Fənərbaxça” klubunda “Samsunspor”la keçiriləcək qarşılaşma öncəsi gözlənilməz hadisə yaşanıb.

Redaktor.az Türkiyə mediasına istinadla xəbər verir ki, komandanın braziliyalı qolkiperi Ederson Moraes məşq zamanı zədə alıb.

Klubun məlumatına görə, futbolçu bu gün ağrılar səbəbindən Samsunda MRT müayinəsindən keçib. Aparılan müayinə nəticəsində qapıçının arxa əzələsində qanaxma müəyyən edilib.

Məlumata əsasən, braziliyalı qapıçının yerinə “Samsunspor”la görüşdə Tarık Çetin meydana çıxacaq. Komandada zədəlilər sırasına daxil olan digər qapıçı İrfan Can Eğribayat isə matçın heyətində yer almayacaq.

Braziliya Futbol Federasiyası da Edersonun vəziyyəti ilə bağlı açıqlama yayıb. Qurum futbolçunun məşq zamanı zədələndiyini və bu səbəbdən milli komandanın heyətindən çıxarıldığını bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən