Şpaqa üzrə Azərbaycan millisi finala yüksəldi - III MDB Oyunları

 12:47 07.10.2025     270

III MDB Oyunları çərçivəsində keçirilən qılıncoynatma yarışları davam edir.

Redaktor.az xəbər verir ki, Gəncə İdman Sarayında reallaşan yarışlarda Azərbaycanın şpaqa üzrə oğlanlardan ibarət millisi yarımfinalda Özbəkistanla qarşılaşıb.

Rəqibini 42:37 hesabı ilə üstələyən millimiz həlledici görüşə vəsiqə qazanıb.

Milli komandamız finalda Rusiya ilə qarşılaşacaq.

Vumart və Güvən reklamı Vumart Güvən