“Beşiktaş”ın hücumçusu ZƏDƏLƏNDİ

 10:54 11.10.2025     375

Türkiyənin “Beşiktaş” klubunun hücumçusu El Bilal Ture zədələnib. 

Redaktor.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Forvardın ayaq əzələsində problem olduğu bildirilib.

24 yaşlı futbolçu təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq. 

Qeyd edək ki, Ture bu ilin avqustunda “Atalanta”dan icarəyə götürülüb. O, “Beşiktaş”ın heyətində keçirdiyi 5 rəsmi oyunda 1 qol vurub.

Vumart və Güvən reklamı Vumart Güvən