Türkiyə darmadağınla qalib GƏLDİ

 00:47 12.10.2025     443

FIFA 2026 Dünya Çempionatının Avropa seçmə mərhələsində Türkiyə millisi səfərdə Bolqarıstanı darmadağın edib.

Redaktor.az xəbər verir ki, matç qardaş ölkə futbolçularının 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyə millisinin qollarını Arda Gülər (11), Viktor Popov (49, avtoqol), Kənan Yıldız (51, 56), Zəki Çəlik (65) və İrfan Kahveci (90+3) vurub. Bolqarıstanın heyətində isə Radioslav Kirilov (13) fərqlənib.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən