Azərbaycan kikboksçularından möhtəşəm NƏTİCƏ

 18:37 13.10.2025     286

07–12 oktyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Dünya Kuboku idmançılarımızın yüksək nəticələri ilə yadda qalıb.

Redaktor.az xəbər verir ki, yarışda 41 idmançı, 5 məşqçi, 7 hakim və komanda rəhbəri ilə təmsil olunan kikboksinq üzrə milli yığmamız, 40 ölkədən 2311 idmançının mübarizə apardığı bu nüfuzlu turnirdə 8 qızıl, 9 gümüş və 9 bürünc medal qazanaraq ümumi sıralamada 7-ci yeri tutub.

Xüsusilə Lou-kik versiyasında 81 kq çəki dərəcəsində çıxış edən idmançımız Qəşəm Məmmədov qala gecəsində parlaq qələbə qazanaraq qızıl medalı ölkəmizin aktivinə yazdırıb.

Vumart və Güvən reklamı Vumart Güvən